Səlim Müslümov: “Ehtiyacı olmayanlar da yardım alırdı...”
AzVision.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir il ərzində yoxlamaların keçirildiyini, sosial müavinət hüquq olan şəxslərə nazirlik tərəfindən yardım edildiyini deyib:
“Ötən ilin dekabr ayında bu müavinətləri 143 min nəfər alırdısa, bu il rəqəmlər 92 minə enib. Çoxlu sayda nəqliyyat vasitəsi ola-ola sosial yardım alanlar var idi. Yüklü kredit borcu olanlar da sosial müavinət alırdı. Ünvanlı sosial yardıma ehtiyacı olmayanlar da müavinət alırdı, nəticədə onların sayı azaldı, bunun nəticəsində bir ailəyə ödənilən sosial yardımın miqdarı 30 manat artırıldı, bu da təxminən 155 manat olub. Bu proses davam edəcək, yaxın zamanlarda ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq. Müraciət edənlərin sosial yardım almaq hüququ avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. Bunun nəticəsində bir ay müddətində smsinfo vasitəsilə ünvanlı sosial yardımın təyin olunmağı haqqında və daha sonra miqdarı haqqında məlumat əl ediləcək. Düşünürük ki, bu 3-4 ay müddətində başa gələcək”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


