Coca-Colanın gizli resepti 15 milyon dollara satılır

Coca-Colanın gizli resepti 15 milyon dollara satılır
  14 May 2013    Oxunub:1976
ABŞ-ın Corciya ştatının sakini qazlı Coca-Cola içkisinin qədim reseptini 15 milyon dollara satmağa çalışır.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Klif Kluc 19-cu əsrə aid resepti onun müəllifi məşhur kimyaçı Con Pembertondan sənədləri ilə birgə alıb.

Kluc resepti Ebay-da hərraca çıxarıb. Resept üçün başlanğıc qiymət 5 milyon dollardır. Sövdələşməsiz resepti əldə etmək istəyənlər 15 milyon dollar verməli olacaqlar.

Kluc Coca-Colanın tərkibi qeyd edilmiş reseptin şəklini də saytda yerləşdirib. Sənəddə ən qiymətli hissə komponentlərin adları və onların qarışdırılması üçün nisbətlərdir.

Coca-Cola şirkətinin nümayəndəliyi bildirib ki, resept qədim ola bilər, lakin bu içkinin əsl resepti deyil.

Coca-Cola 1886-cı ildə amerikalı əczaçı Con Pemberton tərəfindən ixtira edilib. İçkinin resepti sirr olaraq saxlanılıb. Orijinal resept Corciya ştatının Atlanta şəhərində seyfdə saxlanılır və ona nəzarət edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti