Ölkəyə telefon niyə buraxılmır? – Komitədən AÇIQLAMA
AzVision.az-ın məlumatına görə, komitə rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, daha çox rüsum və vergidən yayınma istiqamətində pozuntu cəhdləri olur:
“Gömrük orqanları ölkənin qorunmasına xidmət edir, amma hər zaman pozuntu cəhdləri, vergidən yayınma cəhdləri olur. Bəziləri məbləği az ödəməyə cəhd edir, eyni zamanda narkotik vasitə və silah-sursat keçirməyə çalışanlar olur. Bunlar isə sərhəd xidməti ilə birgə keçirdiyimiz əməliyyatları nəticəsində aşkar olunur. Əsasən rüsum və vergidən yayınma istiqamətində pozuntu cəhdləri daha çox olur. Həmçinin saxta sənədlərin tətbiq olunması, rüsuma cəlb olunan malların gizlədilərək keçirilməsi cəhdləri olur. Yerləşdiyimiz coğrafi məkana uyğun olaraq son zamanlar narkotranzitlə mübarizə ciddiləşib. Demək olar ki, Azərbaycan Avropa ölələri arasında ilk ölkədir ki, bütün keçid məntəqələrinin girişində “X-ray” avadanlığı quraşdırılıb. Bu da imkan verir ki, narkotranzit və silah qaçaqmalçılığına qarşı müarizə aparmaq üçün ciddi işlər görək”.
Sədr müavini mobil telefonların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulması ilə bağlı iddialara da aydınlıq gətirib:
“Mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi işlər gedir. Poçt göndərişləri vasitəsilə eyni ada müxtəlif dövrlərdə mütəmadi olaraq telefonaların gətirilməsində vergidən yayınma faktları aşkarlanıb. Bir ay ərzində 8 minə yaxın belə telefon gətirilib. Elektron ticarət də vergidən azad olunmayıb, vergi tətbiq olunmalıdır. Bununla bağlı araşdırma aparılır”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


