Mədət Quliyevin müavini: `Leyla Yunus agentdir...`

Mədət Quliyevin müavini: `Leyla Yunus agentdir...`
  20 Yanvar 2015    Oxunub:2418
“Ədliyyə Nazirliyi sistemində, Penitensiar xidmətdə məhkumların saxlanması ilə bağlı heç bir problem ola bilməz”.

AzVision.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O vurğulayıb ki, məhkumların saxlanma qaydalarına riayət olunur, onlar özlərini yaxşı hiss edirlər.

Rəis müavini Leyla Yunusla bağlı iddialara da aydınlıq gətirib:

“Mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər. Leyla Yunusa gəlincə, onun iradları da şəffaflığın nəticəsidir. İfadələri yalanda olsa, düz də olsa hamısı aşkarlıqdadır. Bu da onu göstərir ki, tam demokratiyadır. Leyla Yunusu və onun kimilərini cəmiyyət yaxşı tanıyır. Leyla Yunus kimdir ki, onu Amerikada tanıyıb, hansısa mükafata layiq görsünlər? Bu o deməkdir ki, onlar hansısa başqa ölkənin agentləridir”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti