Ermənilərə ağır zərbə - “Nur Telecom”un işi dayandırıldı

Ermənilərə ağır zərbə - “Nur Telecom”un işi dayandırıldı
  20 Yanvar 2015    Oxunub:3157
Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin müdaxiləsi nəticəsində “O!” ticarət markası adı altında Qırğızıstan Respublikasında fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb.

AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O, bildirib ki, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinə 20 yanvar 2015-ci il tarixində ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görülür.

Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk.

Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən Megacom və BİTEL mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb.


Teqlər:  





Xəbər lenti