`Məşhur` Lamiyə türmədə necə ana oldu? - İlginc Məlumat

`Məşhur` Lamiyə türmədə necə ana oldu? - İlginc Məlumat
  20 Yanvar 2015    Oxunub:57709
Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürərək 10 il müddətinə həbs cəzası alan və bu yaxınlarda həbsxanada uşağı dünyaya gələn Lamiyə Quliyeva ilə bağlı ilginc məlumatlar əldə etmişik.

L.Quliyevanın cinayət ortağı, keçmiş nişanlısı Vüqar Əliyev həbsxanda ailə həyatı qurub.

Bu barədə AzVision.az-a Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib.

Bildirib ki, Vüqar Əliyev Lamiyə Quliyeva ilə deyil, başqa xanımla rəsmi kəbinə girib:

“Vüqar Əliyev Lamiyə Quliyevanın əvvəllər nişanlısı olub. Həmin şəxs ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, artıq evlidir. O, həbsdə ola-ola ailə həyatı qurub, özünün başqa hayat yoldaşı var”.

V. Məhərrəmov 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın kimdən uşaq dünyaya gətirməsi barədə mətbuatda yayılan xəbərlərlə də aydınlıq gətirib. Bildirib ki, həmin cəzaçəkmə müəssiəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssiəsə rəisi və onun müavinləri kişidir:

“Qanunvericiliyə görə, məhkumun əmisi və yaxın qohumları görüş yerinə gələ bilərlər. Amma bu hadisənin Lamiyə Quliyevaya aidiyyatı yoxdur. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada qadın nəzarətçilər işləyir”.

V. Məhərrəmov cəzaçəkmə müəssisəsində zorlama hadisəsin baş vermə ehtimalından da danışıb. Qeyd edib ki, şəxsin razılığı ilə baş tutan cinsi əlaqə zorlama deyil:

“Zorlama şəxsin iradəsinin əlehinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu zorlama deyil. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu türmədə də nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi strateji və məhdud bir yerdir”.

Daha sonra V. Məhərrəmov strateji və məhdud cəzaçəmə müəssisəsində cinsi əlaqənin baş tuta biləcəyi görüşlərdən də danışıb. O, bildirib ki, cinsi əlaqənin qurula bilməsi üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər:

“Məhkumla görüş üçün xüsusi siyahı var. O siyahıda isə məhkumun ailə üzvlərinin adları var. Qısa müddətli görüş zamanı məhkumun yanına hər kəs gələ bilər. Qısa müddətli görüşdə cinsi əlaqənin olması qeyri-mümkündür. Ümumi görüş otağında təxminən 10 nəfər üçün oturacaqlar olur. Uzunmüddətli görüşdə isə məhkum yalnız ailə üzvləri ilə iştirak edə bilərlər”.

Sonda isə V. Məhərrəmov qeyd edib ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılır:

“Ombudsman Aparatının əməkdaşları da 4 saylı cəzaçəkmə müəssisəsində olacaqlar və araşdırma aparacaqlar. Əgər məhkumun razılığı olarsa, biz onunla danışıb ictimaiyyəti məlumatlandıracağıq”.

Qeyd edək ki, Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirən Lamiyə Quliyevanın həbs müddəti başa çatsa da, azadlığa buraxılmayıb. Buna səbəb kimi isə onun müəssisəsində məhkumlardan biri ilə mübahisə etməsi göstərilir.

Xatırladaq ki, Vüqar Əliyev və onun nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. A.Aslanovun sonuncu iş yeri Kənd Təsərrüfatı nazirinin müavini olub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti