Prezident Almaniyada görüşlər keçirdi - FOTO

Prezident Almaniyada görüşlər keçirdi - FOTO
  21 Yanvar 2015    Oxunub:4240
Yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik məsələləri, beynəlxalq əməkdaşlıq və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.





AzVision.az


Teqlər:  



Xəbər lenti