Heydər Əsədov kadr dəyişikliyi etdi

Heydər Əsədov kadr dəyişikliyi etdi
  21 Yanvar 2015    Oxunub:3986
Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin müdiri Rəşid Səfərov vəzifəsindən azad edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin AzVision.az-a verdiyi məlumata görə, R. Səfərov təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.

M. Hacıyev deyib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, adıçəkilən şöbənin rəisi vəzifəsinin müvəqqəti icrası şöbənin rəis müavini Köçəri İmranova həvalə olunub.

K. İmanov bundan əvvəl həmin şöbədə sektor müdiri olub.

AzVision.az


Teqlər:



Xəbər lenti