“Məni susdurmaq istəyirlər” – Millət vəkilindən sərt sözlər
F.Mustafanın sözlərinə görə, onu səsləndirdiyi fikirlərə görə susdurmaq istəyirlər:
“Baxın, tez-tez demoqoji fikir səsləndirənlər olur ki, millət xalqa yaxın deyil. Burada haqlılıq payı əlbəttə var. Ancaq bir Allah şahiddir ki, illərdir çalışırıq ki, sosial şəbəkə vasitəsilə xalqla daha əlçatan təmasımız olsun, fikir mübadiləsi edək, insanların mesajlarını alıb gücümüz çatan istiqamətdə köməklik göstərək. Mən də sizlərdən bilmədiyim xeyli bilgiləri öyrənirəm.
Bir sıra insanlarda bu düşüncə var ki, biz mütləq onların istədiyini düşünməliyik, deməliyik. Mən yaşadığım ömür boyu hər zaman öz sözümü demişəm. Bəzən sərt olub, bəzən diplomatik manevrlərləe demişəm, ancaq həmişə öz sözüm olub. Təsəvvür edin ki, ANS-də veriliş yoxdur, mən 20 ilə yaxındır kitablarımda, məqalələrimdə, hətta dissertasiyamda bu mövqeyi açıq, çəkinmədən yazıram.
TV-lər də söyləyirəm, nə oldu, indi yadınıza düşdü? ANS-dəki proqramda 6 nəfər sizin istədiyinizi söylədi, necə oldu, bir nəfərin əks mövqeyini qəbul edə bilmədiniz. Tam məsuliyyətimlə deyirəm, bu minvalla qaragüruhun qorxusundan kimsə bu ölkədə doğruları söyləməyə cəsarət etməyəcək. Bir də mən millət vəkili kimi proqrama çıxmamışam, kitablarımı millət vəkili kimi yazmıram. Bu elmdirsə, elmlə cavab verin, yoxsa Milli Məclisə, Prezidentə müraciət edirlər ki, məni susdurmağa kömək etsinlər. Millət vəkili kimi də iradlarını başa düşmürəm. Hansı aktual məsələ oldu ki, mən onu səslədirmədim, münasibət bildirmədim. Hər gün bəlkə də ən çox məktubu də vətəndaşlardan alan deputatlardan biriyəm, narazılığını məndəndirsə, o zaman razı qaldığınız millət vəkili obrazı necə olmalıdır, onu yazın, fəaliyyətimizi o obraza uyğunlaşdıraq. İnanın, özünü şahidsiniz ki, biz özümüzü müdafiə etməyə iradəmiz çatır, ancaq qaragüruhçuluğun yayılmasının qarşısını kəsmək üçün bütün sağlam düşünən insanların aktiv olması vacibdir”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


