Fransa internet vergisi tətbiq etdi

Fransa internet vergisi tətbiq etdi
  14 May 2013    Oxunub:1325
Fransa hökuməti ölkənin daxilində rəqəmsal texnologiyanın inkişafına dəstək üçün smartfon və tablet vasitəsilə internetdən istifadəyə 1 faiz internet vergisi qoyub.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təklif Fransa prezidenti Fransua Ollanda təqdim olunub. Google, Apple və Amazon şirkətləri hədəfə alınıb və internetdən istifadəyə görə 1 faiz verginin tətbiqi nəzərdə tutulub.

Vergi nəticəsində ildə 86 milyon dollar gəlir əldə olunacağı bildirilib. Qənaət edilən məbləğ Fransanın mədəniyyət sənayesinin – musiqi, şəkil və video texnologiyasının inkişafına yönəldiləcək.

Təklif Fransanın kino və musiqi sənayesinin, kreativ sektorların xarici sənaye ilə rəqabəti üçün planlaşdırılıb. Fransa hökuməti qərar qəbul etməzdən qabaq sənaye sektorlarının vacib fiqurları ilə görüşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti