Dilqəmin ailəsindən Lavrova CAVAB

Dilqəmin ailəsindən Lavrova CAVAB
  21 Yanvar 2015    Oxunub:2835
“Biz Dilqəmin azadlığa buraxılması üçün Rusiya prezidenti Vladimir Putinə də müraciət etmişdik. O, isə bizim müraciətimizə cavab vermədi”.
Bu barədə AzVision.az-a Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib.

S.Musayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dilqəm Əsgərovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Qeyd edib ki, Rusiya bu məsələdə çox gecikib:

“Rusiya hələ bu məsələni müzakirə etmək istəyir. Bu çox gecdir. Gərək onlar lap öncədən bu məsələni müzakirə edərdilər”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bugünki mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışıb.

S.Lavrov qeyd edib ki, D.Əsgərovu erməni tərəfi saxlayıb və bu məsələni Ermənistanla müzakirə edəcəklər.

Xatıldaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti