Evə basqın edən maskalılar bacı -qardaş imiş

Evə basqın edən maskalılar bacı -qardaş imiş
  21 Yanvar 2015    Oxunub:5874
Bakıda quldurluq etmiş şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutulublar.

Qeyd edək ki, yanvarın 19-da adları yuxarıda qeyd edilən bacı-qardaş Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əlimərdanov Xəyal Qabil oğlu ilə birlikdə N.Kərimovun yaşadığı evə soxulublar. Maska geyinmiş 3 nəfər ev sahibini silahla hədələyərək pul və qızıl tələb ediblər. Lakin ev sahibi və ailə üzvləri çığır-bağır salaraq aktiv müqavimət göstəriblər. Bu zaman N.Kərimov maskalı şəxslərdən birini yaxalamağı da bacarıb. Vəziyyətin çətinləşdiyini görən bacı-qardaş isə uzaqlaşıb.

Ev sahibi yaxaladığı şəxsi polisə təhvil verib. Aparılan araşdırmalardan sonra cinayətin digər iştirakçıları da tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti