Saxta diplomla işləyən 64 tibb işçisi aşkarlandı
A.Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsi ötən il 64 saxta diplom aşkarlayıb. Saxta diplomlar nazirliyin hüquq və daxili nəzarət sektoruna təqdim edilib.
Mətbuat katibi qeyd etdi ki, ötən il mərkəzləşmiş qaydada müsabiqə yolu ilə 632 tibb işçisi işə qəbul olunub. 60-dan çox həkim isə xarici ölkələrə təkmilləşdirmə kurslarına göndərilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


