Azərbaycanda 20 aptekin fəaliyyəti dayandırıldı
İl ərzində yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 107 aptek təşkilatında yoxlama keçirilib. Bu yoxlamaların 71-i planlı, 36-sı isə plandankənar (qaynar xəttə daxil olan zənglər və şikayət ərizələri əsasında) olub. Yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 20 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb və apteklərin sahiblərinə İnzibati XətalarMəcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


