“Qarabağ münaqişəsinin həllində vahid yanaşma olmalıdır” – İlham Əliyev

“Qarabağ münaqişəsinin həllində vahid yanaşma olmalıdır” – İlham Əliyev
  21 Yanvar 2015    Oxunub:1909
“Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu həm Azərbaycan üçün həm də region üçün təhlükə mənbəyidir”.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan və Almaniya arasındakı ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir və müxtəlif sahələri əhatə edir:

“Bu gün çox açıq və səmimi şəkildə biz bu məsələləri müzakirə etdik. Siyasi əlaqələrimiz çox uğurla davam edir və əminəm ki, mənim səfərim siyayi əlaqələrin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir. Və əlbəttə iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir, biz onların fəaliyyətini dəstəkləyirik.

Eyni zamanda İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu həm Azərbaycan üçün həm də region üçün təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistan ordusu tərəfindən işğal edilib. Torpaqlarımız işğal altındadır, 1 milyondan çox azərbaycanlı işğaldan əziyyət çəkib, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Benyəlxalq təçkilatlar, ilk növbədə BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı qətnamələr qəbul edib. 4 qətnamə bu təşkilat tərəfindən qəbul edilmişdir və bu qətnamələrdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərindən qeyd şərtsiz çıxarılması tələb olunur, çox əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə status-kvonu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüquq normaları və prinsiplər üzərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunu bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır”.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti