Azərbaycanda servis şirkətləri işçilərini ixtisar edir
Şirkət dekabrda Baker Huges şirkətini satın almışdı. Şirkətlərin yaxınada birləşməsi başlanacaq. Lakin neft qiymətlərinin azalması Azərbaycanda qazma işlərinin azalmasına gətirib çıxarıb.Neft şirkətləri qazma və servis işlərində qənaət etməy qərarına gəliblər.
Qeyd edək ki,dünyanın ən böyük neft-servis şirkətlərindən olan Schlumberger bütün dünya üzrə 9 min işçisini və ya işçi qüvvəsinin 7% ixtisar edəcək.
Dünya bazarında qiymətlərinin 60% aşağı düşməsindən sonra Schlumbergerin müştəriləri sərmayə qoyuluşunu və qazma işlərini azaltmaq niyyətindədilər. Şirkətin özü isə sərmayə qoyuluşunu 2014-cü ildəki $4 milyarddan $3 milyarda qədər azaltmaq niyyətindədir.
Qeyd edək ki, Schlumberger 20 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərir və onun əməkdaşları dənizdə və quruda quyulara servis xidməti göstərillər.
Teqlər: