“Park Cinema”dan deputata təkzib

“Park Cinema”dan deputata təkzib
  21 Yanvar 2015    Oxunub:2581
“Park Cinema” rəhbərliyi millət vəkili Fuad Muradovun ittihamlarına cavab verib.
AzVision.az xəbər verir ki, "Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev deputatın fikirlərini təkzib edərək 20 yanvar günü kinoteatrda komediya janrında filmin nümayiş olunmadığını açıqlayıb:

"20 Yanvar faciəsi ilə əlaqədar kinoteatrda kinokomediya nümayiş etdirilməyib. Kinokomediyalar afişalardan yığışdırılmışdı. "Xoxan" filmi də 20 Yanvar günü nümayiş olunmayıb. 20 Yanvarda yalnız "Qanlı Yanvar" filmi nümayiş etdirilib".

Qeyd edək ki, Milli Məclisin deputatı Fuad Muradov “Park Cinema” kinoteatrlarında “20 Yanvar Hüzn Günü” komediya filmlərinin nümayiş etdirilməsilə bağlı sosial şəbəkədə sərt münasibətini bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti