İlham Əliyev Almaniyadan Davosa getdi

İlham Əliyev Almaniyadan Davosa getdi
  22 Yanvar 2015    Oxunub:1932
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri yanvarın 21-də başa çatıb.

Ölkə başçısı Almaniyadan Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-də İsveçrəyə işgüzar səfərə gəlib.

Prezident İlham Əliyev yanvarın 21-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edildi. Son dövrdə dövlətlərimizin başçılarının görüşlərində ikitərəfli münasibətlərin inkişafına dair aparılan səmərəli müzakirələrin bu gün müsbət nəticələr verdiyi bildirildi. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırıldı.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. (AzərTAc)


Teqlər:



Xəbər lenti