İlham Əliyev Davosda görüşlər keçirir - Yenilənib

İlham Əliyev Davosda görüşlər keçirir - Yenilənib
  22 Yanvar 2015    Oxunub:2615
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.

***
13:08

Dövlət başçısı Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə də görüşüb. Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirib, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışıb, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini deyib

Prezident Davosda həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

***

Eyni zamanda bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri Kommer Damen ilə görüşüb.

Görüşdə “Damen Shipyards Group” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında artıq səmərəli əməkdaşlığın başlandığı vurğulandı.

Kommer Damen rəhbəri olduğu şirkətin Azərbaycanda hərbi, mülki və xidməti gəmilərin istehsalına maraq göstərdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.




Teqlər:  





Xəbər lenti