2482 cinayət, 68 əcnəbi, 1 ton narkotik...

2482 cinayət, 68 əcnəbi, 1 ton narkotik...
  22 Yanvar 2015    Oxunub:1416
Azərbaycanda 2014-cü il ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3349 fakt aşkar edilib.
AzVision.az xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

Aşkar edilən faktlardan 931-ni satış, 2202-ni saxlama, 203-nü əkin, 13-nü digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 321 kq 288,658 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələr 153 kq 948,443 qr həşiş (12%), 296 kq 126,546 qr heroin (22%), 327 kq 140,538 qr tiryək (25%), 487 kq 286,322 qr marixuana (37%), 56 kq 899,469 qr digərləri (4%), 2 kq 549,108 qr psixotrop maddə 0,1 qr prekusor və 20 qr amfetamindən ibarət olub.

Eyni zamanda “Xaşxaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 308 ton 186 kq 581 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Keçən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 2482 nəfərdən 68 nəfəri xarici ölkə vətəndaşları olub.

Əcnəbilərdən 32-si İran İslam, 22-si Gürcüstan, 8-i Rusiya Federasiyası, 2-si Türkiyə, 1-i Litva, 1-i Ukrayna, 1-i Türkmənistan, 1-i isə Kanada vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti