Müdafiə Nazirliyi: Ordumuz itki verməyib

Müdafiə Nazirliyi: Ordumuz itki verməyib
  22 Yanvar 2015    Oxunub:1995
Ermənistanın Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir.
Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.

AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

AzVision.az


Teqlər:  



Xəbər lenti