İran vətəndaşında narkotik tapıldı

İran vətəndaşında narkotik tapıldı
  22 Yanvar 2015    Oxunub:1928
Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Əsədullah Mirşekarpurun idarə etdiyi “Volvo” markalı yük maşınına kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.
AzVision.az xəbər verir ki, baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində 1 ədəd plastik butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,22 qram olan narkotik vasitə - metadon məhlulu aşkar edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti