İt İran sərhədində narkotik tapdı

İt İran sərhədində narkotik tapdı
  22 Yanvar 2015    Oxunub:2002
İrandan gələn nəqliyyat vasitəsində narkotik maddə aşkar edilib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Əsədullah Mirşekarpurun idarə etdiyi “Volvo” markalı yük maşınına kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində 1 ədəd plastik butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,22 qram olan narkotik vasitə - metadon məhlulu aşkar edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti