PKK Türkiyəni tərk etmədi

PKK Türkiyəni tərk etmədi
  14 May 2013    Oxunub:1322
PKK terror təşkilatının mayın 8-dən etibarən Türkiyəni tərk edəcəyi barədə xəbərlər özünü doğrultmayıb.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahından məlumat verilib. Baş qərargahdan yayılan açıqlamada qeyd olunub ki, bu günə qədər terror təşkilatı üzvlərinin və ya təşkilatla əlaqəsi olan hər-hansı qruplaşmanın ölkə sərhədlərini tərk etməsi barədə nə kamera görüntüsünə, nə də şifahi bir bilgiyə malikdirlər. Ordu qərargahı bununla bərabər ayıq-sayıqliğın itirilmədiyini də bildirib.

Qeyd olunub ki, bütün silahlı birləşmələr, jandarm komandanlığı və pilotsuz təyyarələr adi qaydada döyüş növbəsi aparır və lazım olan anda istənilən təxribatın qarşısını almağa hazırdır. Bununla yanaşı baş qərargah bildirib ki, terrorçuların ölkəni tərk etməsi üçün nəzərdə tutulan sərhəd-keçid məntəqələrinin cavabdehliyi onların vəzifə səlahiyyətlərinə daxil deyil.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti