Azərbaycanda ən çox kişilər ölür
Komitədən bildirilib ki, bütövlükdə oğlan uşaqları arasında ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir. 2013-cü ildə Azərbaycanda 5-9, 10-14 yaşlı uşaqların ölüm halları artıb. 2013-cü ildə Azərbaycanda 1 yaşadək uşaqların ölüm halları (1862) 2012-ci ilə nisbətən (1884) azalsa da, 1-4 yaşlı uşaqların ölüm halları çoxalıb. 2012-ci ildə 363, 2013-cü ildə 372 nəfər 1-4 yaşlı uşaq dünyasını dəyişib. 2012-ci ildə 161 nəfər, 2013-cü ildə 194 nəfər 5-9 yaşlı uşaq, 2012-ci ildə 124 nəfər, 2013-cü ildə 187 nəfər 10-14 yaşlı uşaq dünyasını dəyişib. Qeyd edilən yaşlarda dünyalarını dəyişən uşaqların çoxu oğlan olub. 2013-cü ildə dünyasını dəyişən 1-4 yaşlı uşaqların 219-u, 5-9 yaşlı uşaqların 121-i, 10-14 yaşlı uşaqların 108-i oğlan olub. 2013-cü ildə 5 yaşadək uşaq ölümü hallarının sayı 2234 olub. Ölən uşaqların 1247-si oğlan, 987-sı qız olub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


