Azad Rəhimov vətəndaşları dinləyəcək

Azad Rəhimov vətəndaşları dinləyəcək
  23 Yanvar 2015    Oxunub:1673
Gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda vətəndaşların şikayətlərinə qulaq asacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 27 yanvar tarixdə Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.



Ağcabədi - 050-515-29-00



Beyləqan - 055-743-12-12



Biləsuvar - 050-504-44-22



İmişli - 055-635-66-49


Teqlər:





Xəbər lenti