`Zakir Həsənov cəbhədə gecələyir`
Hüquq müdafiəçisi bildirib ki, bir neçə gün öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. O qeyd edib ki, Z. Həsənovla yanaşı hərbi prokuror Xanlar Vəliyevlə də görüşüb. Onun sözlərinə görə görüş zamanı nazirlə hərbi prokuror hərbi cinayətlərdən söhbət açıblar:
“Müdafiə naziri Zakir Həsənovla görüşdüm. Nazirlə birlikdə insan hüquqları və fikir azadlıqları barəsində fikir mübadiləsi apardıq. Nazir bildirdi ki, orduda bu gün çox böyük ruh yüksəkliyi var. Ali Baş Komandanın tapşırığı ilə Zakir Həsənov hərbi prokuror Xanlar Vəliyev ilə görüş keçirib. Görüşdə hərbi hərbi cinayətlərin beynəlxalq və Avropa standartlarına uyğun araşdırılması istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, yaxın günlərdə müsbət nəticələr əldə olunacaq. Zakir Həsənov bildirdi ki, daimi cəbhə bölgəsinə gedirlər. Nazir bildirdi ki, cəbhə bölgəsində hərbi hazırlıq tam nəzarət altındadır. Cəbhədə nəzarət çox yüksək səviyyədədir.
Daha sonra Zakir Həsənov bildirdi ki, artıq erməni tərəfi Azərbaycan ordusunun gücünü bildikdən sonra çox böyük təşvişə düşüb: “ Zakir Həsənov dedi ki, korrupsiya və rüşvətxorluq halları ilə şəxsən özü də mübarizə aparır”.
Hafiz Əhmədov
AzVision.az