İmtahanların vaxtı açıqlandı

İmtahanların vaxtı açıqlandı
  23 Yanvar 2015    Oxunub:2727
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 23 yanvar 2015-ci ildə imzaladığı 4/İ № əmri ilə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahan və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiq edilib.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:

Ərizə qəbulu 03-12 fevral
Qəbul imtahanı I mərhələ 22 fevral
Proqram seçimi 01-10 aprel
Qəbul imtahanı II mərhələ 26 aprel
İxtisaslaşma seçimi 07-12 may
Boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:

Ərizə qəbulu 16-23 fevral
Qəbul imtahanı I mərhələ 15 mart
Qəbul imtahanı II mərhələ 07 iyul
İxtisaslaşma seçimi 10-14 iyul
Boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
05, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaq.




Teqlər:



Xəbər lenti