Ordumuzdan bəd xəbər: hərbçimizi itirdik

Ordumuzdan bəd xəbər: hərbçimizi itirdik
  23 Yanvar 2015    Oxunub:3502
Qeyri-döyüş şəraitində, ehtiyatsızlıqdan əsgərimiz dünyasını dəyişib
Bu barədə AzVison.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib.

Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti