14 min nəfər nazirliyə müraciət edib

14 min nəfər nazirliyə müraciət edib
  23 Yanvar 2015    Oxunub:2337
İKT-nin modern və çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında əhəmiyyətini nəzərə alan İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqinə və bu sahədə işlərin genişləndirilməsinə xüsusi önəm verilir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 7-si interaktiv, 21-i informativ olmaqla vətəndaşlara 28 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün www.economy.gov.az və nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış Elektron Xidmətlər Bölməsinə daxil olmaq və müvafiq e-xidmətdən istifadə etmək mümkündür.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən interaktiv e-xidmətlər (lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi, kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı, inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi) Elektron Hökumət Portalında (www.e-gov.az) da yerləşdirilib.

Təkcə 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 14 minə yaxın, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün 105, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün 6 müraciət daxil olub.

Müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilib.


Teqlər:





Xəbər lenti