Məmmədyarov həmsədrlərlə görüşəcək

Məmmədyarov həmsədrlərlə görüşəcək
  23 Yanvar 2015    Oxunub:1797
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andriyu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanvarın 27-də Krakov şəhərində görüşməsi barədə razılıq əldə olunub.


Teqlər:





Xəbər lenti