Uorlikin prezidentə müraciətinə XİN-dən CAVAB

Uorlikin prezidentə müraciətinə XİN-dən CAVAB
  24 Yanvar 2015    Oxunub:1977
Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinə müraciət edir ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı müraciətə cavabında bildirib.

"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.

"Qoşunların təmas xəttində qarşıdurmanı dayandırmaq və danışıqlarda əldə olunmuş öhdəlikləri yerinə yetirmək üçün zəruri tədbirlər görmələri məqsədi ilə prezidentlərə müraciət edirəm".


Teqlər:





Xəbər lenti