OPEC: neft 200 dollara qalxacaq

OPEC: neft 200 dollara qalxacaq
  27 Yanvar 2015    Oxunub:2796
Neftin qiyməti yaxın vaxtlarda yüksəlməyə başlayacaq.
Bu barədə OPEC-in baş katibi Abdulla əl-Bədri açıqlama verib.

Onun sözlərinə görə, neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq.

"Hazırda neftin bir barreli təxminən 45-55 dollaradır. Hesab edirəm ki, bu ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik", - deyə baş katib bildirib.

Qeyd edək ki, yanvarın 26-da Londonun ICE birjasında Brent markalı neftin bir barrelinin qiyməti 48,53 dollar təşkil edib.(Ans)


Teqlər:





Xəbər lenti