Pensiyalar nə qədər artdı? - ŞƏRH

Pensiyalar nə qədər artdı? - ŞƏRH
  27 Yanvar 2015    Oxunub:4700
Pensiyaların indeksləşdirilməsi haqqında prezidentin sərəncamı nəticəsində Azərbaycanda pensiyaların sığorta hissəsi 1,4% artırılacaq. Qeyd edək ki, yanvarın 26-da Azərbaycan Prezidenti Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.
AzVision.az Fins.az-a istinadən xəbər verir ki, sərəncama əsasən pensiyaların sığorta hissəsi və fərdi hesablardakı pensiya kapitalı 2014-cü il üzrə istehlak qiymətləri indeksinə, yəni 2014-cü ildəki inflyasiyaya uyğun olaraq artırılmalıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən 2014-cü ildə ölkədə inflyasiya 1,4% təşkil edib. Bunu nəzərə alanda pensiyalaın sığorta hisəsi də məhz 1,4% artırılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda pensyalar iki hissədən – baza və sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi 2013-cü ilin sentyabrından bəri 100 manatdır. Pensiyanın digər hissəsi sığorta hissəsi sayılır. Dövlət başçısının sərəncamı da sığorta hissəsinə aiddir. İndi isə pensiya artımını müxtəlif misallarla izah edək.

Kimsə indiyə qədər 150 manat pensiya alırdısa, bu məbləğdən 100 manat (baza hissə) çıxılır, qalan 50 manatın üzərinə isə 1,4% əlavə olunur. Beləliklə, pensiyaların sığorta hissəsi 70 qəpik artmış olur ki, bu da yeni pensiya məbləğinin 150,7 manat olması deməkdir.

200 manat pensiya alanlar üçün pensiyanın sığorta hissəsi 100 manat təşkil edir (200-100=100 manat). Bu hissə 1,4 manat artacaq və yeni pensiya məbləği 201,4 manat təşkil edəcək.

250 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 150 manatdır (250-100=150 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,1 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 252,1 manat təşkil edəcək.

300 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 200 manatdır (300-100=200 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,8 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 302,8 manat təşkil edəcək.


Teqlər:





Xəbər lenti