ABŞ Əsəddən konfransda iştirak etməyi tələb etdi

ABŞ Əsəddən konfransda iştirak etməyi tələb etdi
  15 May 2013    Oxunub:1142
ABŞ-ın dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsəddən sülh konfransında iştirak etməyi tələb edib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Con Kerri Suriya rəhbərliyinə xəbərdarlıq edərək bildirib ki, prezident Bəşər Əsəd münaqişənin sülh yolu ilə həll edilməsi üçün konfransda iştirakdan imtina etdiyi halda, üsyançılara göstərilən yardımın həcmi artırılacaq.

Daha əvvəl Dəməşqdəki Suriya rəsmiləri Əsəd nümayəndələrinin sammitdə iştirak etməyəcəyi barədə məlumat vermişdilər.

Moskva və Vaşinqtonun dəstəklədiyi konfransın iyulun əvvəlində keçiriləcəyi planlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti