Bu il Kürdəmir belə olacaq - FOTOLAR

Bu il Kürdəmir belə olacaq - FOTOLAR
  28 Yanvar 2015    Oxunub:12101
Bu il Kürdəmir rayonunda bir sıra yeni obyektlər qurulacaq. Onlar rayona əlavə gözəllik qatacaqlar.

Bayraq Meydanı


Ərazisi 5 hektara yaxın olacaq Bayraq meydanında iki fəvvarə, açıq havada konsertlərin təşkili üçün yay səhnəsi, istirahət guşələri yaradılacaq. Ərazinin 2 hektarı ancaq tikililər üçün nəzərdə tutulub. Tikintisinə 2014 – cü ilin may ayında başlanan meydanda 62 metr hündürlüyündə bayraq dirəyi olacaq. Ərazidə 300 kv. m-lik Bayraq muzeyi də nəzərdə tutulub. Həmin muzeydə Azərbaycan dövlətçiliyini əks etdirən bayrağlar, atributlar yer alacaq.

Yəni meydan həm də böyük park funksiyasını daşıyacaq. Ən diqqət çəkən məqam Bayraq meydanı üzərində baxış meydançası və 400 nəfərlik yay amfiteatrının quraşdırılmasıdır. Hazırda bayrağın ucaldılacağı ərazidə təməlqoyma, beton örtüyün tökülməsi işləri aparılır.

Bayraq meydanın yol qovşağlarının kəsişməsində tikilməsi gələcəkdə meydanın daha çox insanın göz önündə olması, uzaq səfərlərə çıxmış insanların istirahətinin təşkil edilməsi və turist cəlb etməsi ilə bağlıdır. İşlərin gələn ilin may ayınadək başa çatacağı gözlənilir.

YAP-ın inzibati binası

Şəhərin Heydər Əliyev prospektində müasir standartlara cavab verən ümumi sahəsi 700 m2 olan iki mərtəbəli Yeni Azərbaycan Partiyası üçün inzibati bina inşa edilir.

Bağça

Kürdəmir rayonunda Heydər Əliyev Fondunun təşəbüsü ilə 100 yerlik uşağ bağçası tikilir. May ayının 18-dən başlanılan tikinti işləri artıq sona çatmaq üzrədir. Hazırda binada son tamamlama işləri həyata keçirilir. Bu bağça 4 qrupdan ibarət olacaq. Bağçada müasir standartlara uyğun bütün infrastruktur, şərait yaradılacaq. Xüsusilə də su, istilik sistemi ilə də təhciz ediləcək. Bağçanın tikilməsi rayonda onsuzda azlıq təşkil edən bağçaların sayını çoxaltmaq və məktəbəqədər uşaqların təhsili və tərbiyəsi ilə məşğuliyyəti artırmaqdır.

Bir hektar ərazisi olan bağçanın ikimərtəbəli binası 250 kv metr ərazidə inşa edilir. Bağçanın həyətində isə uşaqların istirahəti və əyləncəsi isə mini park yaradılacaq. Qeyd edək ki, hazırda rayonda 11 bağça var. Onlardan doqquzu rayonda yerdə qalan ikisi isə kənddə fəaliyyət göstərir.

Tarix Diyarşünaslıq Muzeyi

Kürdəmir rayon Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir edilmiş və yenidən qurulmuşdur.Həmin binanın yerləşdiyi Qələbə Parkı yenidən rekonustruksiya edilərək işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə inşa olunub.

Küçə və prospektlərdə yenidənqurma işləri

Heydər Əliyev prospektində hasarlar keramik piltələrlə üzlənilib, Bakı prospektində piyada səkilərinin düzəldilib, M.F.Axundov, Şəhriyar, Cəfər Cabbarlı, Alı Mustafayev, Gülbuta Orucova, Üzeyr Hacıbəyov ,Səməd Vurğun və Vaqif küçələri asfaltlanıb.

`İpək yolu`ndan Kürdəmir şəhərinə qədər olan 6 km-lik yolun kənarlarının dekorativ şəkildə bəzədilməsi və müasir suvarma sistemlərinin quraşdırılması və yaşıllıq sahəsinin 6 km-ə qədər uzadılması nəzərdə tutulur.Hal-hazırda bu işin həyata keçirilməsi üçün hazırlıq işləri gedir.

Gənclər Mərkəzi

Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Mərkəzdə Heydər Əliyev guşəsi, konfrans zalı,Boulinq oyun zalı ,karaoke-diskoteka zalı,fotostudiya,intelektual oyunların keçirilməsi üçün zal,3D kinozalı,gənclər kafesi,internet kafe,internet kafe,tir atıcılığı salonu ,sərgi salonu,inzibati otaqlar və iş otaqları ilə təchiz olunacaqdır.

Avtovağzal

Kürdəmir rayonun mövcud avtovağzalının yenilənərək müasir tələblərə cavab verməsi nəzərdə tutulub.

Qalereya




Teqlər:





Xəbər lenti