BP Azərbaycanda 10 min nəfərə iş verib

BP Azərbaycanda 10 min nəfərə iş verib
  28 Yanvar 2015    Oxunub:1932
BP şirkətinin rəqabətqabiliyyətinin artırılması çərçivəsində tədbirlər Azərbaycanda şirkətin iştirak etdiyi iri enerji layihələrinə təsir etməyəcək.
Bunu barədə trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, BP Azərbaycanda reallaşdırılan layihələr çərçivəsində öhdəliklərinə sadiq qalır və onları icra etməyə davam edəcək:

"Azərbaycanda BP-nin reallaşdırdığı layihələr uzunmüddətlidir və çox vacibdir. Bu layihələr uğurla irəliləyir və bundan sonra da mövcud planlara uyğun həyata keçiriləcək".

Şirkətdən qeyd ediblər ki, 2014-cü ilin sonunadək "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində təkcə Azərbaycanda 9370 yeni işçi cəlb olunub: "Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə yenicə başlanan işlər çərçivəsində artıq 160 yeni əməkdaş cəlb edilib. Tikinti işlərinin genişləndirilməsi ilə işçilərin sayı artırılacaq".


Teqlər:





Xəbər lenti