Türklər azadlıqda

Türklər azadlıqda
  15 May 2013    Oxunub:1119
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Əfqanıstanda terroristlər tərəfindən girov götürülən 4 Türkiyə vətəndaşının azad olunduğunu bildirib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş nazir sərbəst buraxılan türklərin səfirliyə gətiriləcəyini də açıqlayıb.
Taliban terror təşkilatının spikeri Zebihullah Mücahid, türklərin azad olunmasını yaxşı niyyətlərinin göstəricisi olduğunu vurğulayıb. O, məktubunda bildirib ki, biz Türkiyə dövləti və türk xalqı ilə yaxşı münasibətlər qurmağa çalışırıq.
Terrorist həmçinin qeyd edib ki, türklərin müsəlman olması onlara olan rəftarımızın dəyişməsində mühüm rol oynayıb.

Məlumat üçün bildirək ki, talibançılar tərəfindən 8 türk vətəndaşı əsir olaraq götürülmüşdü. Və onlardan dördü bundan bir müddət öncə sərbəst buraxılıb.

Mirvari



Teqlər:  





Xəbər lenti