Ağ ev sözçüsü: “Türkiyə ilə çiyin-çiyinə...”

Ağ ev sözçüsü: “Türkiyə ilə çiyin-çiyinə...”
  15 May 2013    Oxunub:885
“Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri iki ölkə arasındakı uğurlu diplomatiyanın bariz nümunəsidir”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ ev sözçüsü Jay Karney bildirib.

O, Türkiyənin ABŞ-ın ən güclü ortaqlarından biri olduğunu vurğulayıb:

“Türklərlə terrorizmlə mübarizədə çiyin-çiyinə mübarizə aparmaqdayıq və inanıram ki, Reyhanlıdakı bu hadisələrdən sonra xalqlarımızı qorumaq və bölgədəki sabitliyi təmin etmək üçün daha da mübariz olacağıq. ABŞ bu hücumları pisləyir və bu qorxunc hadisəyə qarşı Türkiyənin yanındadır.”

Karney, Ərdoğan və Obamanın görüşü zamanı iki ölkəni də maraqlandıran Suriya mövzusu ilə bağlı qəti qərarlar qəbul edəcəyini açıqlayıb.
Həmçinin, iki liderin Yaxın Şərqdə sabitlik, ticarət və iqtisadi əməkdaşlıq və ümumi mənada qlobal terrorizmlə mübarizə mövzularını müzakirə edəcəyini vurğulayıb.

Mirvari



Teqlər:  





Xəbər lenti