Öldürüb hamamda basdırdı

Öldürüb hamamda basdırdı
  15 May 2013    Oxunub:1278
Bakının Yasamal rayonunda bir neçə gün öncə törədilən cinayət əməlinin üstü açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də paytaxtın Yasamal rayonu Qədirli küçəsində yaşayan Bəsti Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəsti Mirzəyevanın Xətai rayonundakı Ş.Səmədov küçəsində kirayədə yaşayan Göyçay rayon sakini Sübhan Məmmədov tərəfindən mələfə ilə boğulması, meyitinin isə həmin küçədəki tikintisi başa çatmamış evin hamam otağında torpağa basdırılması müəyyən edilib.

Bəsti Mirzəyevanın meyiti eksqumasiya edilib, S.Məmmədov isə tutulub.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.


Teqlər:  





Xəbər lenti