`Məsələ neftdə deyil` - Sahib Alıyev
Bu sözlər millət vəkili, telejurnalist Sahib Alıyevə aiddir. O, Azərbaycanı neft və qaz çıxaran ölkələrlə də müqayisə edib: `İran və Rusiya sanksiyalarla üzləşdiklərindən, hər iki ölkədə milli valyutanın dəyərini itirməsi bu amillə də izah oluna bilər. Amma neftin qiymətinin azalmasıyla Qazaxıstanda və Türkmənistanda da milli valyuta Rusiya və İrandakı səviyyədə olmasa da, hər halda, dəyərdən düşməkdədir və bu da öz növbəsində hər iki ölkədə dolanışığa mənfi təsirini göstərir. Halbuki, hər iki ölkənin karbohidrogen ehtiyatları Azərbaycandakından bir neçə dəfə çoxdur. Qaz ehtiyatlarına görə dünyadakı ilk beşliyə daxil olan Türkmənistanın milli valyutası son zamanlar düz 20 faiz ucuzlaşıb. Qazaxıstanda da oxşar durum yaranmaqdadır. Amma orasını da deyək ki, 2008-ci ildəki böhran zamanı orada milli valyuta daha çox dəyərdən düşmüşdü. Nə o vaxt, nə də indi Azərbaycanda belə hal baş vermədi və vermir. Bu da sizə müqayisə`.
Teqlər: