AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Depardye Çeçenistan Respublikasında iki bədii filmə çəkiləcək. Birinci film Moskva və Qroznıda çəkiləcək “Firuzə” kriminal trilleridir. Bu filmdə aktyor ingiltərəli aktrisa Elizabet Herli ilə birgə çəkiləcək və qanqster rolunu ifa edəcək.
İkinci film “Ata ürəyi”dir. Bu filmdə Depardye hazırkı Çeçenistan prezidenti Ramzan Kadırovun atası Əhməd Kadırovu canlandıracaq.
Çeçenistanın birinci prezidenti Əhməd Kadırov 2004-cü ilin mayın 9-da Qroznı stadionunda terror aktı nəticəsində ölüb.
AzVision.az