İranın nüvə məsələsi 11-ci dəfə müzakirə ediləcək

İranın nüvə məsələsi 11-ci dəfə müzakirə ediləcək
  16 May 2013    Oxunub:1247
AEBA ilə İran arasında danışıqların 11-ci növbəti mərhələsi başlayıb
Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə İran arasında danışıqların 11-ci növbəti mərhələsi başlayıb. Nüvə proqramına dair müzakirələrin əsas məqsədi Atom Enerjisi üzrə Agentliklə Tehran arasında mübahisəli məqamların aradan qaldırılmasıdır.

Görüşdə qəbul olunacaq sənəd əsasında nüvə proqramına dair mübahisəli məqamlara aydınlıq gətirmək üçün AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə icazə veriləcəyi bildirilir.

İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili isə Avropa İttifaqı komissarı Ketrin Eştonla görüş ərəfəsində deyib ki, nüvə proqramı ilə bağlı Tehranın xüsusi təklifləri var.

Onun sözlərinə görə, İran tərəfi təklifləri `Altılıq` üzvlərinə göndərsə də, 40 gündür ki, cavab ala bilmir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti