Azərbaycan iqtisadiyyatı 3,8% artıb

 Azərbaycan iqtisadiyyatı 3,8% artıb
  16 May 2013    Oxunub:1508
2013-cü ilin yanvar-aprel aylarında ölkədə 17,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika komitəsindən AzVision.az-a verilən məlumata görə , ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1861,9 manat (2372,8 ABŞ dolları) təşkil edib və 2,5 faiz artıb.

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 51,5 faiz təşkil edib. Qeyri-neft sektorunun belə artımını əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyərin 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3 faiz artması təmin etmiş, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə dəyər 9,4 faiz, informasiya və rabitə xidmətlərində 8,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz artıb.

ÜDM-in 51,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,0 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətləri sektorunda, 12,7 faizi sosial və digər xidmət sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.

AzVison.az



Teqlər:  





Xəbər lenti