Türkiyə erməni jurnalistinin işinə yenidən baxacaq

Türkiyə erməni jurnalistinin işinə yenidən baxacaq
  16 May 2013    Oxunub:1577
Türkiyənin kassasiya məhkəməsi “Akos” qəzetinin baş redaktoru, erməni mənşəli türk jurnalisti Hrant Dinkin qətli barədə gözlənilməz qərar çıxarıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, kassasiya məhkəməsinin çıxardığı qərarda qeyd edilir ki, ittiham edilənlər silahlı terror qruplaşmasının üzvü deyillər. Onlar cinayətin həyata keçirilməsi məqsədi ilə qruplaşma yaradıblar.

Xatırladaq ki, İstanbulun ağır cinayətlər üzrə məhkəməsi Hrant Dinkin qətli barədə bildirib ki, onun ölümünü bu cür qruplaşma həyata keçirməyib.

Kassasiya məhkəməsi qətli təşkil etməkdə və təşəbbüsdə Yasin Xəyala ömürlük həbs cəzası verib. Lakin o, silahlı terror qruplaşmasının başçısı olmaq barədə ittihamlarda bəraət qazanıb. Həddi-buluğa çatmamış qatil Ogün Samast 22 il həbs cəzasına məhkum edilib.

Dinkin ailəsi məhkəmənin qərarına qarşı çıxıb. Kassasiya məhkəməsinin qərarı yenidən baxılmaq üçün ağır cinayətlər üzrə İstanbul məhkəməsinə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti