Fransa və ABŞ səfirliyinə hücum

Fransa və ABŞ səfirliyinə hücum
  16 May 2013    Oxunub:1161
Terroçular səfirlikləri partlatmağa cəhd ediblər.
Misirin paytaxtı Qahirədə “Əl-Qaidə” ilə əlaqəsi olan terrorçu qruplaşmaın üzvləri saxlanılıb. AzVision.az qərb mətbuatına istinadən xəbər veirir ki, sözügedən qruplaşma Fransa və ABŞ səfirliklərinə qarşı hücum təşkil edib.

“Araşdırmalar nəticəsində məlum olub ki, bir qrup kamikadze içərisində partlayıcı maddə quraşdırılmış avtomobillər vasitəsilə səfirliklərin təhlükəsizlik kordonunu yarmağı planlaşdırıblar.

Qeyd edək ki, həbs edilən silahlıların 2011-ci ildə Hüsnü Mübarək devrildikdən sonra həbsdən qaçan keçmiş terrorçular olduğu bildirilir.

Fransa səfirliyinə hücumun səbəbi bu ölkənin Malinin daxili işlərinə qarışması ilə əlaqələndirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti