Avropanın korrupsiya reytinqi

Avropanın korrupsiya reytinqi
  16 May 2013    Oxunub:1342
Ernst & Young şirkətinin apardığı tədqiqata görə, rüşvət, pul ilə ələalma, korrupsiya Avropa iqtisadiyyatında geniş yayılmış təcrübədir.
Sorğuya cəlb olunan maliyyə şirkətlərinin 3500 üzvünün - hüquq sahəsi üzrə ekspertlər və korporativ sahə üzrə menecerlərin 39%-i rüşvəti öz ölkələrində aktual hadisə hesab edirlər. “Bir çox ölkələrdə rüşvət alınması adi hadisə olaraq qalmaqda davam edir” - Ernst & Young şirkətinin maxinasiyaların araşdırılması və mübahisələrin həllinə yardım xidmətinin rəhbəri Stefan Hayssner qeyd edib.

Bu tədqiqatın keçirilməsi üçün sorğuya Avropa, Yaxın Şərq, Hindistan və Afrikanın 36 ölkəsindən müəssisə nümayəndələri cəlb olunub. Avropa reytinqində Sloveniya korrupsiya üzrə liderdir. Orada rüşvəti adi hal hesab edən menecerlərin sayı 96% təşkil edir. Sloveniyadan sonra 90%-lə Xorvatiya və 85%-lə Ukrayna gəlir. Yunanıstan, Slovakiya, Serbiya və Rusiyada bu göstərici 80 %-dən çoxdur.

Araşdırmaya görə, ən az rüşvətxorluq İsveçrədədir. Orada menecerlərin cəmi 10 %-i rüşvəti iqtisadi həyatda adi hadisə hesab edir. Bu cəhətdən yüksək göstəricilər Skandinaviya ölkələrindədir: İsveç, Finlandiya (12%) və Norveç (17%).

Almaniya korrupsiya statistikası siyahısında 30% göstərici ilə aşağıdan üçüncü yerdə dayanıb. “Almaniya müəssisələrində korrupsiya problemi hələ həll olunmayıb” – deyə Hayssner qeyd edib. Menecerlərin çoxu burada müəssisənin nailiyyəti üçün “əyri” metodlara müraciət edə bilərlər.

Hayssnerin fikrincə, korrupsiyaya qarşı mübarizə əslində kağız üzərində qalıb. “Müəssisədaxili qaydalar yaratmaq və onlara daim nəzarət lazımdır”,- deyə o, vurğulayıb.

Səhmlərinin qyməti Almaniyann DAX indeksinə daxil olan ThyssenKrupp konsernində iş hələ davam edir. Ancaq müştərilərin arasında onun vəziyyəti çətindir. Belə ki, son aylarda prokurorluq və federal idarə qiymətlərin qanunsuz artırılması və korrupsiya ilə əlaqədar bir neçə dəfə müəssisəyə baxış keçirib. Müəssisənin Qazaxıstan, Özbəkistan və Çində yerləşən GfT Bautechnik filialının fəaliyyətində rüşvətxorluq izləri aşkar olunub. Son bir neçə ay ərzində konserndən 60 əməkdaş qovulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti