Putin vertolyot sürəcək

Putin vertolyot sürəcək
  16 May 2013    Oxunub:1397
Rusiya Federasiyasının prezidenti Vladimir Putin üçün vertolyot meydançası yaradılır.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, prezident Mi-8 vertolyotu sürəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin öz avtomobil korteji ilə digər sürücülərə mane olmamaq üçün vertolyotdan tez-tez istifadə edir. Ona görə də, Kremldə prezident üçün vertolyot meydançasının inşası nəzərdə tutulub. Prezidentin mətbuat katibi vertolyot meydançasının tikintisi zamanı tarixi Kreml binasına zərər toxunmayacağını söyləyib.

Mütəxəssislər müxtəlif şərtlərdə vertolyotun uçuş və enişini yoxlamaq üçün artıq sınaq uçuşları keçiriblər.

Peskov eyni zamanda vurğulayıb ki, prezident və baş nazir keçən ildən bəri avtomobil ilə səfərləri azaldıb və vertolyota üstünlük veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti