Obamadan Putinə hədə: `Cəzalar sərtləşəcək...`

Obamadan Putinə hədə: `Cəzalar sərtləşəcək...`
  10 Fevral 2015    Oxunub:1932
Bu gün ABŞ prezidenti Barak Obama Ağ Evdə Almaniya kansleri Angela Merkellə görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Obama Almaniyanın ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olduğunu deyib.

Obama daha sonra görüşdə müzakirə edilən məsəələlər haqda məlumat verib.

Görüşün əsas mövzusu isə Rusiyanın Ukraynaya qarşı təccavüzü və İŞİD olub.

Obama Rusiyaya hədə kəsərək bildirib ki, Moskva üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər ABŞ və tərəfdaşları Ukraynaya maliyyə yardımı göstərməkdə və Rusiyaya təzyiq etməkdə davam edəcək.

Angela Merkel həmçinin qeyd edib ki, münaqişənin diplomatik həlli yolları istiqamətində səylər davam etdiriləcək.

ABŞ prezidenti daha sonra Ukraynaya silah verilməsi məsələsinə toxunub və bildirib ki, beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynaya təcavüzə görə cəzalandırır. Əgər hazırkı sanksiyalar yetərli olmasa, onlar sərtləşdiriləcək.


Teqlər:  





Xəbər lenti