ŞOK: `Smart` televizorlar sahiblərini izləyir

ŞOK: `Smart` televizorlar sahiblərini izləyir
  10 Fevral 2015    Oxunub:16708
`Samsung` şirkəti alıcılarına xəbərdarlıq edib ki, şəxsi işlərini televizorun yanında müzakirə etməsinlər.

Belə ki, internetə qoşulu olan `Smart TV` sistemli televizorlar insanların nə danışdığını eşidə və kənara ötürə bilir. `Kənar` deyiləndə isə ya Samsung şirkəti, ya da üçüncü tərəf nəzərdə tutulur.

Ekspertlər isə bildiriblər ki, Smart TV-ləri kənardan hak etməklə, onun yerləşdiyi otaqda gedən söhbətləri rahatca dinləmək mümkündür.

Hüquq müdafiəçiləri buna kəskin reaksiya verərək, Corc Oruellin `1984` romanındakı sahibinə qarşı casusluq edən televizorları xatırlatdığını bildiriblər.

Qeyd edək ki, müasir televizorlar sahiblərinin hansı kanallara baxdıqları barədə məlumatları da toplaya və kənara ötürə bilirlər.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti